Bir çox zadəgan qadın kimi Ceyn də çətin uşaqlıq keçirmişdi, amma yüksək təhsil almışdı. Atası və digər müəllimləri ona qədim yunan, latın və ivrit kimi klassik, fransız və italyan kimi müasir dilləri öyrətmişdilər. Ceyn əyləncə və ovdan daha çox Platonu oxumağı sevən çalışqan bir tələbə idi.
1547-ci ilin aprelində Ceyn on bir yaşında olanda Tomas Seymurla yaşamağa göndərildi.
Tüdor dövründə əsilzadə uşaqların başqalarının evində tərbiyə almaları adi təcrübəydi. Belə ailələrin uşaqları zadəganlara yaraşan davranışları mənimsəməklə yanaşı, yüksək təhsilli də olmalı idilər.
Tomas Ceyni öz nəzarətinə alaraq bundan yaxşı qazanc götürmək qərarı verdi. Şahzadə o zaman hələ azyaşlı idi. Amma Tomas yetkinlik yaşına çatan kimi onu kralla evləndirməyi planlaşdırmışdı.
VI Edvard atası VIII Henri ilə Böyük Britaniyada Anqlikan kilsəsini qurmuşdu, protestant məzhəbindən idilər. Protestant inancı ilə böyüyən Edvard Britaniyanın katolikliyə qayıtmasının qarşısını almaqda qərarlıydı.
Edvard katolik Merinin Britaniyanı yenidən katolikliyə qaytaracağını bilirdi. Edvard buna görə öz varisini protestantlar arasından seçmək qərarına gəldi. Ledi Ceyn Qrey mükəmməl seçim idi. Yeganə problem Merinin Ceyndən böyük olması və taxt hüququna malik olmasıydı.
Edvardın ölümündən sonra taxta Ledi Ceyn Qrey oturdu. Amma Meri Şərqi İngiltərəyə yola düşdü, burada taxt hüququnu müdafiə etmək üçün ordu topladı.
Britaniya Gizli Şurası Ceynin əvəzinə Merini dəstəkləmək qərarı verdi. Beləliklə, kraliça tacı Meriyə keçdi.
Ledi Ceyn Qrey kraliça kimi taxtdan salındıqdan sonra o və bəzi tərəfdarları vətənə xəyanət ittihamı ilə mühakimə olundu.
Meri əvvəlcə Ceyni bağışlamağı planlaşdırmışdı, amma atası ona qarşı üsyanda iştirak etdiyinə görə fikrini dəyişdi.
Protestant inancından imtina etməkdən vaz keçdiyi üçün Ledi Ceyn Qrey 1554-cü il fevralın 12-də edildi.
Kraliça Merinin hakimiyyəti dövründə bir çox protestant Ceynə şəhid kimi baxırdı. O vaxtdan bəri cəmi doqquz gün kraliça kimi taxtda oturan Ledi Ceyn Qrey sənət dünyasının ən sevimli obrazlarından birinə çevrildi.