Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi və direktor vəzifəsini icra edən Raminə Ağayeva Əhməd qızının ənənəvi olaraq "Musiqi çələngi" adlı sinif konserti keçirilib.
Teleqraf.com xəbər verir ki, konsertdə Azərbaycan və Qərbi Avropa ölkələrinin bəstəkarlarının əsərləri səslənib.
Azərbaycan və beynəlxalq musabiqə və festivalların qalibi olmuş şagirdlər solo nömrələrlə yanaşı, amsambl, müşayiət nömrələri ilə də çıxış ediblər. Konsert dinləyicilər tərəfindən çox böyük maraqla qarşılanıb.