27 Aprel 17:47
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın 2 cüdoçusu bürünc, 1 idmançısı isə qızıl medal uğrunda mübarizəni davam etdirir.

Teleqraf.com xəbər verir ki, yarışın son günündə 90 kq çəki dərəcəsində Murad Fətiyev və 100 kq-da Zelim Kotsoyev yarımfinala qədər irəliləyiblər.

Lakin idmançılarımız həlledici mərhələyə gedən yolda uzuduqları üçün bürünc mükafat uğrunda yarışacaqlar.

Murad Fətiyev Laşa Bekauri, (Gürcüstan) Zelim Kotsoyev isə Maykl Korrell (Niderland) ilə üz-üzə gələcək.

90 kq çəkidə mübarizə aparan digər təmsilçimiz Elcan Hacıyev turnirin final mərhələsinə vəsiqə qazanıb. Onu qızıl medaldan Kristian Totla (Macarıstan) görüş ayırır.


Müəllif: Teleqraf.com