26 Aprel 21:42
5 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya, İtaliya və Böyük Britaniya 2026-cı ildə ən son qırıcının prototipini yaratmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb.

Yaponiya parlamenti qırıcı təyyarənin hazırlanması üzrə üç ölkənin səylərini, o cümlədən hökumətlər və özəl şirkətlərin addımlarını əlaqələndirəcək idarəetmə orqanının yaradılması haqda sazişi müzakirə edir. Tərəflər ilin sonuna kimi GIGO (Global Combat Air Program International Government Organization) adlanacaq belə bir şirkət yaratmağı öhdələrinə götürüblər. Qərargah Londonda olacaq, Yaponiya Müdafiə Nazirliyinin bir neçə əməkdaşı orada yerləşdiriləcək.

İlkin məlumatlara görə, Yaponiya şirkətləri təyyarənin gövdəsi, mühərriki və elektron sistemlərini hazırlayacaq. Sözügedən proqramlarda Britaniya şirkətləri də iştirak edəcək.

Təyyarənin 2035-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır. Bu, Rusiya, Çin və Şimali Koreya qırıcılarına qarşı mübarizə də daxil olmaqla, yapon F-2 qırıcı-bombardmançılarını əvəz etməlidir.

2022-ci ilin dekabrında Yaponiya, İtaliya və Britaniya 2035-ci ilə qədər hazır olacaq yeni nəsil qırıcının birgə hazırlanması barədə razılığa gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər