26 Aprel 22:26
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın cənubundakı Portu Aleqri şəhərində bu gün səhər saatlarında baş verən güclü yanğın nəticəsində azı 10 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “CNN Brasil” məlumat verib.

Portu Aleqri Mülki Müdafiə Xidmətinin məlumatına görə, yanğın yerli vaxtla gecə saat 2 radələrində başlayıb və səhər saat 04:30-da söndürülüb. 7 nəfər xilas edilərək xəstəxanalara göndərilib. Şəhərin tərkibində olduğu Rio Qrande du Sul ştatının Yanğından Mühafizə İdarəsinin mütəxəssisləri ölən və xəsarət alanların axtarışını aparır.


Müəllif: Teleqraf.com