26 Aprel 22:12
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da hələ Ukraynaya verilə biləcək pulsuz "Patriot" hava hücumundan müdafiə sistemləri yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

"Amerika Patriot sistemləri hazırda bütün dünyada, o cümlədən Yaxın Şərqdə ABŞ qoşunlarını qorumaq üçün yerləşdirilib. Əgər əlavə Amerika batareyalarını boşalda bilsək, onları (Ukraynaya - red.) göndərəcəyik", - Sallivan söyləyib.

Sallivan əlavə edib ki, ABŞ Avropa və dünyanın digər regionlarındakı tərəfdaşlarını Kiyevi mövcud hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə inandırmaq niyyətindədir.


Müəllif: Teleqraf.com