İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir öz xidməti avtomobilində qəzaya düşüb.
Teleqraf.com xəbər verir ki, hadisə Ramla şəhərində terror aktının törədildiyi ərazidən gedərkən baş verib.
Şahidlərin dediyinə görə, işıqforun qadağanedici işığında keçən avtomobil digər maşınla toqquşub.
Hadisə nəticəsində nazir də daxil olmaqla, 3 nəfər xəsarət alıb.