27 Aprel 14:29
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Avdeyevka bölgəsinin ələ keçirilməsindən 9 ay sonra Rusiya qoşunları qərbə doğru 12 km irəliləyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

"Rus ordusu Solovyevo kəndini ələ keçirib. Bununla da Ocheretino bölgəsindəki hərəkətləri genişləndirdilər. Bir neçə gün əvvəl ruslar Avdeyevkanın şimal-qərbinə keçərək, Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə 3 km dərinlikdə Oçeretino kəndinə doğru irəliləyiblər. Rusiya ordusu ələ keçirdiyi əraziləri genişləndirməyə başlayıb. Onlar artıq Novobaxmutovka kəndini tutmuşdu, indi isə qonşu Solovyevo kəndinə daxil olublar", - nəşr yazır.


Müəllif: Əsəd Məmmədəliyev