13 May 2022 09:50
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 12-də 1997-ci il təvəllüdlü Ayşən Bayramovanın mayın 8-də Sumqayıt şəhəri, 17-ci mikrorayonda kirayə yaşadığı mənzildə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1994-cü il təvəllüdlü Xalid Əmənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ayşən Bayramovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xalid Əmənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər