13 İyul 2022 10:45
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 10-da saat 15 radələrində Sumqayıt şəhər sakini 1965-ci il təvəllüdlü İsrayıl Quliyevin öldürülməsi barədə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Emin Pirqurbanın şəxsi münasibətlər zaminində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsrayıl Quliyevin boyun nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Emin Pirqurban təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov