11 Fevral 2023 23:12
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə yolu keçmək istəyən qızı avtomobil vuraraq öldürüb.

Teleqraf.com xəbər verir ki, atası ilə birgə yolu qarşı tərəfə keçmək istəyən, 1998-ci il təvəllüdlü Səma Nağdıyevanı avtomobil vurub.

O, aldığı xəsarətdən komaya düşüb və ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü isə avtomobili ilə ərazidən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com