15 Aprel 2023 19:44
2 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilir ki, partlayışa şəbəb Sumqayıt şəhər sakinləri - 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov, 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri mərmi başlığını götürməsi olub.

Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

***

Xızı rayonunun Yaşma qəsəbəsində sursatın partlaması nəticəsində 2 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, ölənlər mülki şəxslərdir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Araşdırma aparılır.


Müəllif: Teleqraf.com