25 Aprel 2023 00:32
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib, üç nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, hərəkətdə olan 2 minik avtomobilinin toqquşması nəticəsində 1948-ci il təvəllüdlü Vaqif Qəhrəmanov, 1994-cü il təvəllüdlü Validə Məmmədova və daha bir nəfər xəsarət alıb.

Onlar Gəncə şəhərində yerləşən xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com