13 Mart 09:12
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən Məmmədli Alim saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Araşdırmalar zamanı məlum olub ki, A.Məmmədli beş evə qanunsuz daxil olaraq zərərçəkmişlərin ümumilikdə 10000 manatdan artıq pulunu və dəyəri 35000 manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb.

Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

A.Məmmədlinin digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.


Müəllif: Hacı Zeynalov