23 Mart 23:12
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirin Yeni Həyat kəndində ölümlə nəticələn ağır yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hərəkətdə olan "VAZ 2106", "VAZ 2107" və digər avtomobil toqquşub. Qəza zamanı 1990-cı il təvəllüdlü Elçin Elxan oğlu Əhmədov hadisə yerində ölüb. 1996-cı il təvəllüdlü İlham Yılmaz oğlu Həsənov, 1998-ci il təvəllüdlü Seymur Nəcəf oğlu İmanov və bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.


Müəllif: Teleqraf.com