24 Aprel 14:47
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsib Quliyev intihar etməzdən əvvəl məktub yazıb.

Teleqraf.com xəbər verir ki, o, məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb.

***

14:24

Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü ödürüb.

Teleqraf.cim xəbər verir ki, hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb.

Nəsib Quliyev ov tüfəngi ilə özünü güllələrək ölüb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib.

Baş prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a faktı təsdiqləyiblər.

Bildirib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.


Müəllif: Hacı Zeynalov