Teleqraf.com xəbər verir ki, son 2 ildə qrup mərhələsində yarışan “Qəbələ” Polşada “Yagelloniya”nın qonağı olub. Bakıda keçirilən ilk görüşdə 1:1 hesabı qeydə alınmışdı. Roman Qriqorçukun komandası 2:0 hesablı qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, "Qəbələ" 3-cü mərhələdə Yunanıstanın "Panatinakikos" klubu ilə qarşılaşacaq.
Qolları 18-ci dəqiqədə İlqar Qurbanov, 89-cu dəqiqədə Ozobiç vurub.