4 Mart 2023 16:36
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bütün dövrlərdə ən çox qol vuran oyunçuların siyahısını yeniləyib.

Teleqraf.com IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı Kriştianu Ronaldu birinci pillədə qərarlaşıb.

Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunda çıxış edən 38 yaşlı hücumçu karyerası ərzində 709 dəfə fərqlənib.

Fransa PSJ-sinin forvardı Lionel Messi 700 qolla ikinci sıradadır. İlk "3-lüy"ü Braziliya millisinin sabiq üzvü Romario (691) qapayır.

Qeyd edək ki, ən çox qol vuran futbolçu almaniyalı Ervin Helçman olsa da, o, siyahıya salınmayıb. Oyunçu 1923-1951-ci illərdə Almaniyanın müxtəlif yarışlarında 713 qola imza atıb. Hücumçu bunların əksəriyyətini həvəskar çempionatlarda vurub.


Müəllif: Teleqraf.com