3 Aprel 21:58
1 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir oyunu baş tutub.

Teleqraf.com xəbər verir ki, “Zirə” və “Qəbələ” komandaları birincilərin meydanında qarşılaşıblar.

İlk hissədə qapılara qol vurulmayıb. Hesabı 51-ci dəqiqədə bakılıların qvineyalı hücumçusu Salifu Suma açıb. 15 dəqiqə sonra “Zirə”nin braziliyalı yarımmüdafiəçisi Rafael Utziq sabiq komandasını cəzalandırıb.

Kubokun son qalibi olan “Qəbələ” 90-cı dəqiqədə fərqi minimuma endirib. Feras Abu Akal cavab matçı ərəfəsində komandasının finala vəsiqə qazanmaq ümidini davam etdirib. Görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər cütdə ötən gün “Qarabağ” “Neftçi”ni səfərdə 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, mərhələnin cavab matçları aprelin 24-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər