4 Aprel 08:28
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu Bakıya gələcək.

Teleqraf.com xəbər verir ki, o, ilk dəfə keçirilən kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyinin açılış mərasimində iştirak edəcək.

Tədbirə Çu ilə yanaşı, Azərbaycan Taekvondo Federasiyanın prezidenti Kəmaləddin Heydərov və gənclər və idman nazirinin müavini Mariana Vasileva da qatılacaqlar.

Açılış mərasimi aprelin 5-də olacaq. Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda təşkil olunacaq tədbir saat 16:00-da başlayacaq.


Müəllif: Teleqraf.com