Məşhur diktor Nailə İslamzadə "Həmin Zaur" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Nailə İslamzadə verilişin aparıcısı Zaur Kamalın suallarını cavablandırıb.
- Üzünü görmək, yoxsa səsini eşitmək?
- Üzünü görmək...
- "Ailələr, talelər", "Bizimləsən", "Elgizlə izlə", yoxsa "Ötən günlər"?
- "Ailələr, talelər" verilişini seçirəm. Məni tamaşçılara sevdirən və daha səmimi edən bu veriliş oldu. Həm "Ailələr, talelər" verilişinin on il efir ömrü var. "Ötən günlər" verilişi də mənə doğmadır, amma onun il yarım ömrü var.
- Niyə digər verilişlərin adını qeyd etmədiniz?
- O, verilişlər aparıcılarının özlərinə yaxındır.
- Bahalı avtomobil, bahalı ev, yoxsa bahalı brilliant?
- Ümumiyyətlə, bahalı sözünü sevmirəm. Mənim üçün ürəyə yatan bir şey olmalıdır. Bu üçündən isə bahalı evi seçərəm.
- Roza Tağıyeva, Tamilla Ələkbərova, yoxsa Ofeliya Sənani ilə daha yaxınsınız?
- Hər üçünü sevirəm, amma Tamilla Ələkbərova ilə daha yaxınam. Birlikdə işləmişik. Hər biri tamaşaçılar tərəfindən sevilən insanlardır, amma həyat elə gətirib ki, Tamilla xanımla iki dəfə qonşu olmuşuq. Ona görə də o, xanımla daha yaxınıq.
Buradan ona sevgilərimi, hörmətimi göndərirəm. Axır vaxtlar az-az danışdığımıza görə Tamilla xanımdan üzr istəyirəm. Amma bilir ki, onun yeri qəlbimim ən üst yerinədədir.