9 May 2022 19:00
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Turan İbrahimov televiziyaların hazırkı vəziyyətini müqayisə edib.

Teleqraf.com xəbər verir ki, Turan İbrahimov sosial şəbəkədə bu sözləri qeyd edib:

"Özəl televiziyalar arasında maddi yexniki bazası, maliyyə vəziyyəti ən pis, hətta ən bərbad olan "Space" TV idi. Səbəbini də izah etməyə, məncə ehtiyac yoxdur. Vaxtı ilə kanalı işlətmək əvəzinə istismar ediblər, sıxıb suyunu çıxarıblar. Hazırda isə "Space", Arb və ATV kanalları arasında demək olar heç bir fərq yoxdur. Hətta kanalları dəyişən zaman loqoları görməsən ayırd etmək olmur. Vizual keyfiyyət, proqram siyasəti, ümumi tematika və kontentlər fərqlənmir. Bu reallıq "Space" üçün möhtəşəm uğur, Arb və ATV üçünsə faktiki tənəzzüldür".


Müəllif: Rəqsanə Həsənova