Müğənni Günel Zeynalova onu tənqid edən sosial şəbəkə izləyicisinə cavab verib.
Teleqraf.com xəbər verir ki, Günel Zeynalova onu meymuna bənzədən izləyicinə sərt sözlər ünvanlayıb.
"Bu da dəyişik beyinli, saxta profil sahibi. Məni izləmədiyi halda mənə yazır. Mənim üzümdən sənə nə? Hamımız meymundan yaranmışıq. Siz necə bir meymunsunuz, maraqlıdır. Mənim ürəyim, gözlərim gözəldir. İşinizə baxın, gəldiyiniz səhifəyə gedin", - o qeyd edib.
Günel Zeynalova "Beyaz maqazin"in aparıcısı Didem Delenin "Ebru yeni mahnısını çıxardı, mahnının piarı üçün ən böyük dəstək Güneldən gəldi. Sizcə, Ebru qalmaqaldan istifadə edib, yeni mahnılarını təqdim edib" iddiasına da cavab verib. O, "Bəziləri susar və bəziləri isə ürəkdən danışar, onlar qorxusuz olanlardır. Mənə hər zaman Allah kömək edib. Onsuz da kimsəyə ehtiyacım yoxdur", - deyə qeyd edib.
Qeyd edək ki, Günel Ebru Gündeşin keçmiş həyat yoldaşı Reza Zarrabla nişanlı olub. İş adamı Günelə Ebru ilə xəyanət edib.