23 Avqust 2023 11:29
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) həyat yoldaşı Röyal Babayev sosial şəbəkədə etiraflar edib.

Teleqraf.com xəbər verir ki, Röyal Babayev İnstaqramda bu sözləri yazıb: “Vaxt olacaq ki, yolunuzu mənsiz davam edəcəskiniz" - deyəndə bəlkə də eşitmək istəmədiyim söz olduğu üçün nə demək istədiyinin bir gün baş verəcəyinin fərqinə varmırdım. Bu gün biz sənsiz həyat yolumuza davam edirik, amma bu müvəqqətidir. Deyəndə ki, kaş mən xəstələndərdim, sən yox, əsəbləşirdin... Amma bu, hər üçümüz üçün bir sınaq idi.

Bu gün biri digərinə sual verdi ki, keçmişə məktub yazmaq mümkün olsa, nə yazardınız? Evə gəldim, düşündüm və dedim ki, əgər mənim elə bir şansım olsaydı, Röyal, şükür etməyi öyrən, səbr et və 23 yaşında Allahın sənə elə bir lütfü olacaq ki, qarşına elə bir insan çıxacaq ki, o, sənin həm keçmişin, həm də gələcəyin olacaq. Onun adı nur üzlü Tünzalədir. Çalış onu daha tez tap və evlənəcəyin günə qədər kölgə kimi izlə. Daha çox yanında ol ki, sonra nəysə… Nə elə bir şans var, nə də elə bir həqiqət!”.

Qeyd edək ki, aktrisa Tünzalə Əliyeva bu ilin yanvarında xərçəngdən dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər