22 Fevral 14:36
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatun Əliyeva mərhum qardaşı Balaşın ildönümü ilə bağlı sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Xatun Əliyeva qardaşı haqqında bu sözləri qeyd edib: "Oxşadığın saçları görməyəli çox ağarıb. Qəlb sirdaşım, ürək dostum, bilsən necə darıxmışam. Sənə elə möhtacam ki, kaş görəsən, duyasan. Həyat məni yorub. Bilirsən ki, ağlamaqdan utananam. Daha utanmaqdan keçib, hönkür-hönkür ağlayıram.

Bir zamanlar mənə dərman tək sən idin, indi hər yeməkdən əvvəl və sonra dərman... Gənc deyiləm, daha canda-can qalmayıb. Heç bilmirəm, səni kimdən soruşum, ruhum ölüb. Nə olar bir gün gəlsən, qucaqlasan... Mən də gözlərinə baxıb, sussam, qayğılardan uzaqlaşsam, sən də yenə əvvəlki tək... Nur içində yat, dəniz gözlü Balaşım".

Qeyd edək ki, Balaş 2021-ci ildə xərçəng xəstəliyindən vəfat edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər