4 Mart 15:56
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümmətova "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Zümrüd Hümmətova mərhum bacısı haqqında bu sözləri deyib:

"Anam çox zəhmətkeş olub. Ailədə Aygün böyük qız idi. Anam Aygünə tapşırırdı ki, uşaqlara bax. Özü demişkən, uşaqlıqdan ana missiyasını daşıyıb. Üzərimizdə əziyyəti çox olub. Ağır kişi xatakterli insan idi, bizi çox qapalı böyüdürdü. Onun bizdə qoyduğu qanunlar qalıb, çox kosmetik vasitələrdən istifadə etmək olmaz. Çox zəhmli, eyni zamanda mərhəmətli idi. Açıq-qısa geyinməyi xoşlamırdı. Qeybətdən, söz-söhbətdən xoşu gəlmirdi. Musiqi sahəsində sənətkar və musiqi zövqü olan insanlarla görüşərdi. Ancaq korifeylərdən danışardı".

Mərhumun bacısı Aygün Bəylərin həyatı tez tərk etməsindən qorxduğunu deyib: "Az yaşından çox çətinliklər görmüşdü. Həyatdan erkən köçməkdən qorxurdu, balasına görə... Deyirdi ki, övladının tək qalmasını istəmir. Evi konsertə görə girov qoymuşdu. Onda çox stress keçirmişdi. Deyirdi ki, oxumağı konsertlə bitirəcək. Mahnı yazmaqla həyatına davam edəcək. Son günlər küsmüşdü".

Zümrüd Hümmətova Aygün Bəylərin qızı Canandan da danışıb: "Musiqi sahəsini bilir, amma bu sənətə gəlmək istəmir. Gələcəkdə rəssam olmaq istəyir. Aygünün üç mərasimindən sonra anasının rəsmini çəkdi. Əslində, Canan bizi evdə ağlamağa, pis danışmağa qoymur. Deyir ki, anam yaşayır, cismi yoxdur, ruhu bizimlədir. O ağlamağı xoşlamır".


Müəllif: Rəqsanə Həsənova