08:22
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında 15 nəfərin öldüyü qəzaya görə daha iki məmur tutduğu vəzifədən istefa verib.

Teleqraf.com xəbər verir ki, daxili və xarici ticarət naziri Tomislav Momiroviç və Dəmir Yolu İnfrastrukturunun direktoru Yelena Tanaskoviç istefa verdiklərini açıqlayıblar.

Qeyd edək ki, Serbiya Prezidenti Aleksandar Vuçiç ötən gün ictimaiyyətə müraciətində Novı Saddakı faciəyə görə hökumətdə və başqa yerlərdə istefalar gözlədiyini bildirmişdi.

Daha əvvəl isə Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç tutduğu vəzifədən istefa verib.

Xatırladaq ki, noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında stansiya binasının tavanının bir hissəsinin çökməsi nəticəsində 14 nəfər hadisə yerində həlak olub, ağır yaralılardan biri xəstəxanada dünyasını dəyişib, iki nəfərin isə müalicəsi davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər