Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdəki bir neçə səfirliyin bağlanmasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkə başçısının teleqram kanalında məlumat verilib.
Onun sözlərinə görə, bu gün yayılan məlumatlar, eləcə də çaxnaşma yaradan xəbərlər yalnız Rusiyaya kömək edir.
Zelenski Ukrayna vətəndaşlarını heç kimin onların emosiyalarından öz maraqları üçün istifadə etməyə şərait yaratmamağa çalışmağa çağırıb.