"Qadınlar iqlim fəaliyyətinin ön sıralarındadır və şəffaflıq hesabatlarında təmsil olunmalıdırlar".
Teleqraf.com xəbər verir ki, bunu “UN Women”in iqtisadi hüquqların genişləndirilməsi şöbəsinin rəhbəri Cemima Ndzuki "Gender Bərabərliyi Günü. Şəffaflıqda Gender Tərəflər Konfransının 29-cu sessiyası"nda çıxışı zamanı deyib:
"İqlim dəyişikliyi qadınların həyatına ciddi təsir göstərir, lakin bu təsir çox vaxt cəmiyyət tərəfindən tanınmır. Proqnozlarımıza görə, ən pis iqlim ssenarisində 2050-ci ilə qədər iqlim dəyişikliyi 158 milyondan çox qadını yoxsulluğa sürükləyəcək və 236 milyon qadın üçün ərzaq təhlükəsizliyi problemini daha da ağırlaşdıracaq".