11:32
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan hakim komandada qadınların sayını artırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşrin iddiasına görə, son təyinatlar Qərbin təlimatı ilə baş tutub:

“Vaxtilə Ermənistan hökumətində qadınların sayı çox az idi, hətta qanunla belə kvotalar müəyyən edilmişdi ki, seçki siyahılarının hər üçdə biri qadın olsun və gender bərabərliyi təmin edilsin. Bu gün isə Baş Prokurorluq, Xarici Kəşfiyyat Xidməti, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman Aparatı və Daxili İşlər Nazirliyi qadınlara tapşırılıb”.

“Hraparak” qeyd edir ki, Qərbin istəyi ilə bundan sonra Ermənistanın bütün polis sistemi 30 yaşlı qıza (Arpin Sərkisyan) tabe olmaq məcburiyyətində qalacaq.

Arpin Sərkisyanın yerinə keçdiyi Vahe Qazaryan Rusiyaya yaxınlığı ilə tanınır. Qazaryan noyabrın 18-də baş nazirin tələbi ilə istefa verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər