20 Noyabr 23:57
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ABŞ-a fələstinliləri Qəzzanın şimalından çıxarmayacağına və onların humanitar yardıma çıxışını təmin edəcəyinə söz verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, İsrail keçən həftə ABŞ Prezidenti Co Bayden administrasiyasına rəsmi olaraq bildirib ki, fələstinliləri Qəzzanın şimalından zorla çıxarmaq və ya oradakı mülki insanları aclıqdan öldürmək niyyətində deyil.

Sənəd ABŞ dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostinə ünvanlanıb. Məktubu İsrailin strateji planlaşdırma naziri Ron Dermer və onun Müdafiə Nazirliyindəki həmkarı İsrail Katz imzalayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər