Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçılar Vikinq məzarı, Misir mumiyası və Daş dövrü bölgələrində tapılan 200-dən çox pişik qalıqlarından aldıqları nümunələrdən sonra tədqiqatları davam etdiriblər və Misirdə ev pişiklərinin ilk nümunələrinin 9 min il əvvələ təsadüf etdiyini müəyyən ediblər.
Pişiklər bir neçə min il sonra da qədim Misirdə ev heyvanı olub. Roma dövründə Avropaya yayılan pişiklər Vikinqlərin dövründə daha uzaq bölgələrə gedib çıxıblar.
Vikinq limanında aşkar olunan pişik DNT-ləri bu heyvanların Şimali Avropaya dəniz ticarət yolları vasitəsilə aparıldığı fərziyyəsini ortaya qoyub.
Qeyd edək ki, pişiklər Antarktida istisna olmaqla hər qitədə yaşaya bilir.