12 Fevral 18:08
2 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təkamül nəzəriyyəsinin müəllifi, ingilis elm adamı Çarlz Darvinin ölümündən sonra ilk dəfə onun kitabxanası yenidən yığılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Alimin 215 illik yubileyi şərəfinə “Darvin Online” layihəsinin tədqiqat qrupu ona aid 7400 orijinal əsər və 13000 cildin toplandığı kataloq nəşr edib. Siyahıya kitabxanadakı əsərlərin nüsxələrinə 9300 istinad daxildir.

“Darvinin bütün kitabxanasının bu misli görünməmiş kolleksiyası bizə onun fəaliyyətini hər zamankindən daha təfərrüatlı qiymətləndirməyə və onun mürəkkəb elm, tədqiqat və minlərlə insanın bilgisinə əsaslanan bir mütəxəssis olduğunu başa düşməyə imkan verir”, - layihənin rəhbəri, Sinqapur Universitetindən Con van Vey deyib.


Müəllif: Mənsur Rəğbətoğlu