2 Mart 20:04
8 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zamanda səyahət iddiaları ilə barəsində çox danışılan Al Bilekin 2025-ci ilə dair proqnozu bütün dünyanı heyrətə gətirib. Onun illər öncə irəli sürdüyü iddiaları ürpədicidir.

Teleqraf.com xəbər verir ki, 1943-cü ildə qardaşı ilə birlikdə ABŞ gəmisindən qəribə bir işığın içinə atılaraq 2137-yə göndərildiyini söyləyən Bilek verdiyi açıqlamalarla yenidən gündəmə gəlib.

Maraqlı və qeyri-adi proqnozlar verərək milyonların diqqətini çəkən ekstrasens 2025-ci ildə Üçüncü Dünya Müharibəsinin başlayacağı ilə bağlı illər əvvəl qorxunc proqnoz verib. Onun sözlərinə görə, 2025-ci ildə nüvə müharibəsi başlayacaq, milyonlarla insan həyatını itirəcək.

2011-ci ildə vəfat edən Bilek Avropanın böyük hissəsinin su altında qalacağı və Böyük Britaniyanın tamamilə məhv olacağını iddia edirdi. Gələcəkdə çox az şəhərin salamat qalacağını da bildirib.

Bilek salamat qalacaq ölkələrin sərhədlərinin olmayacağını söyləyib. Bu iddiasına görə, zaman səyahətində uçan şəhərlərin bütün dünyaya daşına bildiyi, texnologiyanın inkişaf etdiyi bir dövrün şahidi olub.

Müsahibələrindən birində belə demişdi:

“Körfəzə gedəndə su ilə qarşılaşacağımızı gözləyirdik, amma su yox idi”.

Bilek bununla gələcəkdə dünyanı cənginə alacaq dəhşətli quraqlığa diqqət çəkmişdi.

Al Bilek ölümündən əvvəl verdiyi müsahibədə İkinci Dünya Müharibəsi zamanı ABŞ ordusunun həyata keçirdiyi gizli layihə olan Filadelfiya eksperimentində iştirak etdiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu