Güney Azərbaycan şəhərləri və Türkmənsəhrada Azərbaycan-türk dilində uşaqlar üçün kitab paylama aksiyası keçirilir.
Teleqraf.com xəbər verir ki, yeni təhsil ilinin başlanması ilə əlaqədar bir neçə gün əvvəldən Urmiya, Təbriz, Zəngan, Kərəc və digər Azərbaycan şəhərlərində uşaqlar üçün türk dilində kitablar paylanılır.
Kampaniya Azərbaycan bölgələri ilə yanaşı, Türkmənsəhrada da keçirilir. Cünbəd Kavus şəhərində türkmən fəallar uşaqlara türkcə kitablar paylayıblar.
Kitablar milli-mədəni fəal Əkbər Azadın səyləri ilə çap olunub.
Güneyli milli-mədəni fəallar bununla İranda türk dilində təhsilə qoyulan qadağaya etirazlarını bildirirlər.
Qeyd edək ki, molla rejimi bütün etirazlar baxmayaraq, Güney Azərbaycan əhalisinin ana dilində təhsil almaq hüququnu tanımır.