18 May 2023 14:23
2 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasındakı görüşdən sonra bir sıra məsələlər, o cümlədən anklavlarla bağlı mövzu gündəmə gəlib. Sözsüz ki, burada Azərbaycan 8 kəndinin geri qaytarılması məsələsi bu gün əsas şərtdir. Erməni tərəfinin iddiaları isə heç bir əsasa və tarixi hüquqa, fakta söykənmir. Onların Gədəbəy rayonu istiqamətində yerləşən Azərbaycanın tarixi ərazisi olan Başkəndlə bağlı iddiaları da tamamilə absurddur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, Bakənddə vaxtilə ermənilər azərbaycanlılarla bərabər yaşayıb:

“Sadəcə olaraq keçmiş sovet dövründə bu ərazi də digər tarixi torpaqlarımız kimi Ermənistana güzəştə gedilib. Eyni zamanda hələ də Ermənistanın işğalında qalan Qazaxın 7-i, Naxçıvanın 1 kəndi Azərbaycana təhvil verilməlidir”.

Deputat hesab edir ki, sovet dövründə tarixi Zəngəzur və Azərbaycan torpaqları kənd-kənd, hissə-hissə ermənilərə güzəştə gedilib:

“Eyni zamanda qarşı tərəfin bizimlə şərt və yaxud diqtə dilində danışmağa haqqı çatmır. Qalib tərəf Azərbaycandır və burada da şərtləri biz müəyyənləşdiririk”.

Elman Məmmədova görə, indiki Ermənistan ərazisi hesab edilən və anklavlar kimi qeyd edilən torpaqlar da Azərbaycana məxsusdur:

“1920-ci ildən başlayaraq Azərbaycan əraziləri müxtəlif bəhanələrlə ermənilərə güzəştə gedilib. Sözsüz ki, indiki halda erməni tərəfinin bu məsələni gündəmə gətirməsi sadəcə olaraq sülh prosesində vaxtı uzatmaq üçündür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər