15 Yanvar 16:34
2 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox vacib məsələlərə münasibət bildirdi. Ölkə başçısı bütün sahələri əhatə edən məsələlərlə bağlı cəmiyyətə vacib informasiyalar çatdırdı. Sözsüz ki, bu cür mesajlar ölkəmizə dost olan və olmayanlara açıq siqnal idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

“Ölkə başçısı Xocalı qatillərinin də cəzalandığını və onlar bir qisminin istintaqa cəlb edildiyi vurğuladı. Xocalıda xalqımıza qarşı qanlı cinayət törədənlərin sayı çoxdur. Soyqırımının törədilməsinə, qanlı cinayətə başçılıq edən əsas hərbi canilərdən söhbət gedir”, - deyə o qeyd edib.

Millət vəkili hesab edir ki, bu gün həmin soyqırımına görə, cəza çəkənlərin və istintaqa cəlb olunanların sayı arta bilər:

“Azərbaycanın hüquq- mühafizə orqanlarının apardığı araşdırmalar var. Eyni zamanda “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmiş canilər əməllərinə qarşı gec-tez qanun qarşısında cavab verəcəklər”.

Elman Məmmədov bu gün Ermənistanda gizlənmiş hərbi canilər Serj Sarkisyan, Robert Köçəryan, Vitali Balasanyan, Seyran Ohanyan və generalların ədalət mühakiməsinə çəkiləcəyinə əminliyini ifadə edib:

“Rusiyada, ABŞ-da qaçıb gizlənmiş Xocalıda qırğın törətmiş erməni hərbçilər var ki, onlar da istintaqa cəlb olunacaqlar. “İnterpol” bu məsələyə ədalətli yanaşsa Azərbaycanın tələbləri nəzərə alınaraq bu hərbi canilər həbs edilib ölkəmizə təhvil verilməlidir. Sözsüz ki, bu canilər cəzasız qalmayacaqlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər