10 Mart 19:36
4 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısının VI çağırış Milli Məclisinin ilk iclasında çıxışı parlamentin fəaliyyətinin əsas istiqamətlərini müəyyən edib. Azərbaycan artıq Cənubi Qafqazın tanınmış lideri və “dondurulmuş” hesab edilən münaqişəni həll edə bilən yeganə dövlətdir. Azərbaycan təkcə bölgəmizə deyil, bütün dünyaya fayda gətirən layihələrin təşəbbüskarıdır. Üstəlik, bəzən dövlətimiz bunu bir çox güclərin planlarına zidd olaraq, həyata keçirir. Bu, Prezident İlham Əliyevin siyasi qətiyyəti, dürüstlüyü, parlaq düşünülmüş strategiyası, vətənpərvərliyi sayəsində mümkün olur. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, müstəqil iqtisadi siyasət aparan, dünyada baş verən geosiyasi proseslərə nüfuz edən güclü dövlətdir.

Bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, bu uğurlara nail olmaq üçün bir çox şərtlər təmin edilməli idi: “Bunlardan biri də qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirməsi və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatların aparılması idi. 4 il bundan əvvəl növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək olub. Prezident İlham Əliyevin 2020-ci il martın 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı proqram xarakterli çıxışı yeni formalaşmış parlament qarşısında mühüm vəzifələr qoydu. İlk növbədə qeyd etmək lazımdır ki, VI çağırış Milli Məclisin fəaliyyəti çox mürəkkəb, gərgin və bir o qədər də tarixidir. Pandemiya, Vətən Müharibəsi, postpandemiya və post münaqişə dövründə parlament bir çox tarixi qanun layihələri qəbul edib. İqtisadi və siyasi, sosial islahatların, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində, mühüm qanunlar qəbul olunub. Dəyişən reallıqlar fonunda qanunvericilik bazası daha da təkmilləşdirilib. Qarşıya qoyulan vəzifələrdən biri də deputatların seçicilərlə daim təmasda olmaları idi. Bu vəzifə də uğurla həyata keçirilir”.

Millət vəkili bildirib ki, Azərbaycanın xarici siyasətinin dəqiq strategiyasının mövcuddur: “Dövlətimizin başçısı da vurğulayıb ki, "qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər, müsəlman aləmində ölkəmizin böyük nüfuzu var. Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır". Ötən müddət ərzində parlament diplomatiyası çərçivəsində çox mühüm görüşlər, tədbirlər keçirilib. Xüsusi ilə, Qoşulmama Hərəkatı çərçivəsində Parlament Şəbəkəsinin yaradılması bununa bariz nümunəsidir. Məhz bu kontekstdə Prezident İlham Əliyevin 2020-ci il martın 10-da VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı qarşıya vəzifələrin layiqincə yerinə yetirilməsi qanunvericilik bazasının daha da təkmilləşdirilməsi və gücləndirilməsində özünəməxsus rol oynayır”.


Müəllif: Tapdıq Qurbanlı