Bakıda müşahidə edilən hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi endirilib.
Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, hazırda əsas magistral yolda - Heydər Əliyev prospekti boyunca (şəhər mərkəzindən Bilgəh istiqamətində, eləcə də əks istiqamətdə), həmçinin, Zığ dairəsindən Hava limanı və əks istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Məqsəd, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etməkdir.