Prezident İlham Əliyev Nizami Nadirov və Saitdin Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, hər iki şəxs Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.