25 Noyabr 2018 18:43
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diyetoloqlar axşam müəyyən bir saatdan sonra yemək yemə alışqanlığından vaz keçməli olduğunu deyirlər.

Teleqraf.com xəbər verir ki, elə qidalar var ki, tam əksinə, gecə saatlarında yemək daha faydalıdır və üstəlik bu qidaları yeməklə arıqlaya da bilərsiniz.

Gecə yediyiniz zaman faydasını görəcəyiniz qidalar bunlardır:

Pomidor

Pomidoru çox insan sevir və azca protein tərkibli qidalarla birlikdə çox gözəl axşam yeməyidir. Pomidorların içi antioksidanlarla zəngindir.

Çəki verməyinizə səbəb olan pomidor eyni zamanda iltihablanmaya da qarşı təsirlidir.

Qarpız

Qarpızlar içi lif və su ilə dolu olan önəmli tərəvəzdir. Yatmazdan əvvəl qarpız yeməklə düz qarına sahib olmaqla yanaşı, bədəninizdə olan artıq mayelərin də aradan qaldırılmasına nail olacaqsınız.

Həm də qarpız immun sistemini gücləndirən C vitamini ilə zəngin tərəvəzdir.

Qulançar

Çöldə yabanı şəklində bitən ağ qulançarı istədiyiniz qədər yeyə bilərsiniz. Çünki sağlamlığınız üçün olduqca faydalıdır.

Tərkibində A, B vitamin kompleksi, C və E vitaminləri, eyni zamanda sink və kalium kimi minerallar var.

Ənginar

Qaraciyər problemlərini aradan götürən və yaxşı işləməsinə kömək edən ənginar axşam yeməyi üçün mükəmməl bir seçimdir. Çünki bildiyimiz kimi, qaraciyər gecə boyunca bədəndə detoks funksiyasını yerinə yetirir.

Zeytun yağı

Süzmə zeytun yağında olan turşular bədəninizdə, xüsusilə də qarın boşluğunda parçalanması çətin yağların əridilməsinə kömək edir.

Gecə yatmazdan əvvəl bir qaşıq zeytun yağı içməklə qarın yağlarının əriməsinin mümkün olduğu deyilir.


Müəllif: Aytən

Oxşar xəbərlər