10:30
322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Bəşər Əsəd hökumətinin devrilməsi Çinin Yaxın Şərqdəki siyasi təsir dairəsini zəiflədəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a çinli analitik Vu İuxin bildirib.

Onun sözlərinə görə, Suriya Çinin nəqliyyat dəhlizləri ilə bağlı “Bir Kəmər - Bir Yol” layihəsinin əsas elementlərindən biridir:

“Suriyada vəziyyət gərgin qalmaqda davam edərsə, bu, iqtisadi vəziyyətə təsir göstərə bilər. Bundan əlavə, Çinin Suriya ilə antiterror əməkdaşlığı da sual altına düşür”.

İuxinin fikrincə, müxalifətin Suriyada hakimiyyətə gəlməsi Rusiyanın da Yaxın Şərqdəki maraqlarına zərbə vurub:

“Bəşər Əsədin istefası Rusiyanı Yaxın Şərqdəki strateji uyğunlaşmasını tənzimləməyə məcbur edəcək. Suriyadakı dəyişikliklərdən əsasən ABŞ və İsrail faydalanacaq. İsrail genişlənmə fürsətindən istifadə edəcək, İrana birbaşa hücum edə və ya Suriyanın yeni ərazilərini işğal edə bilər”.

Vu İuxin Suriyada vəziyyətin daha da gərginləşməsi, vətəndaş müharibəsi və xaos, eləcə də müxalifət və silahlı qrupların hakimiyyət uğrunda şiddətli mübarizəyə başlaya biləcəyini istisna etmir:

“Əsəd hökumətinin süqutunun bir sıra mürəkkəb və ciddi nəticələri olacaq ki, bu da təkcə Yaxın Şərqdəki siyasi mənzərəyə yox, həm də qlobal siyasət və iqtisadiyyata ciddi təsir göstərə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər