14 Dekabr 2018 00:42
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniyada Mehdi Hüseynzadənin 100 illik yubileyi keçirilib.

Teleqraf.com xəbər verir ki, yubiley tədbirində Milli Məclisin deputatı Rauf Əliyev də iştirak edib.

Nova Qoritsa şəhərində keçirilən tədbirlərdə Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin həyatı və fəaliyyəti barədə məlumat verilib, onun İkinci Dünya Müharibəsi dövründə faşizmə qarşı apardığı mübarizədə nümayiş etdirdiyi hərbi şücaətləri barədə xatirələr səsləndirilib.

Qeyd edək ki, Mehdi Hüseynzadənin yubiley tədbirləri sabah başa çatacaq.


Müəllif: Cavad