18 İyun 2019 13:57
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı Cəzaçəkmə Müəssisəsinə və Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələq şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 28; 317.3; 317.2.1; 66.3; 67.1; 120.2.1; 120.2.11; 181.3.2; 181.3.3; 85.5-ci maddələrinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Vaqif Səlimbəyli ilə qısamüddətli görüşə gəlmiş qohumu Masallı şəhər sakini Əlişan Əzimovun üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı Əlişan Əzizovun gətirdiyi əşyaların içərisində gizlədilmiş bir ədəd “SAMSUNG” markalı mobil telefon aparatı və bir ədəd danışıq kartı aşkar edilib.

Bundan başqa, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3-cü maddəsinə əsasən həbs edilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Əlicəfər Əliyev ilə görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Əliyev İsmayıl Zabit oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman siqaret qutusunun içərisində gizlədilmiş iki ədəd bükülüdə 1,410 qram narkotik maddə “Heroin” aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov