20 Dekabr 2019 14:21
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni mənbələrinin Azərbaycan orta məktəblərində Dağlıq Qarabağı və Naxçıvanı Ermənsitan ərazisi kimi göstərən Çin istehsallı qlobuslardan istifadə olunması iddiasına Azərbaycan Təhsil Nazirliyi münasibət açıqlayıb.

Nazirlik Teleqraf.com-un sorğusuna cavabda bildirib ki, Azərbaycanın ümumtəhsil məktəblərinə qeyd edilən tipli qlobuslar yoxdur.

Xatıraladaq ki, həmin iddianı ermənişünas alim, BDU-nun Erməni Araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi özünün feysbuk hesabında yazmışdı.

Məsləyə yenidən münasibətini açıqlayan İsmayıl Tanrıverdin sözlərinə görə, bu faktı o özü aşkarlamayıb, erməni saytlarında rast gəlib: “Erməni saytında bu xəbər hay-küylə paylaşılıb. Üstəlik, həmin qlobuslarda Qarabağ ərazisinin Arsax kimi qeyd edildiyi bidirilir. Bütün hallarda ehtiyatlı olmalıyıq”.

İsmayıl Tanrıverdinin fikrincə, bu, təxribatdır: “Ola bilsin, qəsdən paylaşılıb. Amma biz də erməniyə fakt verməməliyik”.


Müəllif: Aysel Azad