Azərbaycanda vaksin qıtlığı yoxdur, ölkəmizə daha iki yeni vaksin növü gətirilib.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında bildirib.
Komitə sədri deyib ki, Rusiya kimi vaksin istehsal edən bir sıra ölkələrdə peyvənd olunanların sayı Azərbaycandan iki dəfə azdır: “Artıq ölkəmizə gətirilən yeni vaksinlərdən də istifadə olunacaq. Azərbaycanda vaksin qıtlığı yoxdur”.
Ə.Əmiraslanov əlavə edib ki, Azərbaycanda vaksin olunanların gündəlik sayı təxminən 15 min nəfəri əhatə edir.