4 Avqust 2022 10:40
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Turizm Reyestrinin aparılması qaydasında dəyişikliklər edilib.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 448-VIQ Qanunu ilə turizmlə bağlı əsas anlayışların mənaları, turizmin forma və növləri təkmilləşdirilib, Turizm Reyestrinin aparılmasının yeni tənzimlənmə mexanizmləri müəyyən edilb.

Turoperator və turagentlər mülki məsuliyyətin sığortası barədə məlumatları, mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatların 15 gün müddətində Turizm reyestrinə daxil edilməsi müəyyən edilib.

Bununla əlaqədar Nazirlər Kabinetinin Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə” 2020-ci il 23 yanvar tarixli 16 nömrəli Qərarında dəyişiklik edilib.

Reyestrə daxil edilməli məlumatlar siyahısına turoperator və turagentlərin mülki məsuliyyətin sığortası, hotellərin ulduz kateqoriyası ilə bağlı məlumatlar əlavə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər