30 İyun 2023 16:36
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir Rayon Polis Şöbəsinin və tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və yetişdirməkdə şübhəli bilinən rayon sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a bildirilib ki, müvafiq tədbirlər nəticəsində Elşən Əsgərov, Pərviz Əliyev, Vasif Nəsibzadə və Aqil Alıyevdən narkotik vasitə olan marixuana və metamfetamin aşkar olunaraq götürülüb.

Bundan başqa keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Ceyhun Məmmədov, Ülfət Məhəmmədli və Emin Tağıyevin fərdi yaşayış evlərinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdikləri müxtəlif ölçüdə və çəkidə narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Faktlarla bağlı polis şöbəsində cinayət işi başlanılıb.


Müəllif: Teleqraf.com