29 Mart 15:05
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ekologiya sahəsində ixtisaslaşan “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyası bu il görəcəyi işləri içtimayyətə təqdim etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində “Vətəndaş cəmiyyətinin və ictimaiyyətin rolu nə ola bilər” adlı konfrans keçirib.

Konfransda Kənd Təsərrüfatı Nazirliyi, Elm və Təhsil Nazirliyi, ARDNŞ, “Azəriqaz” İB, “Təmiz Şəhər” ASC, “Azərsu” ASC, “Səma və Eko sosial-iqtisadi inkişafa yardım İctimai Birliyi, “Demokratiyanın Monitoru” qeyri-hökumət təşkilatı, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, “Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək” ictimai birliyi, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə ictimai birliyi, “Ulduz” informasiya kommunikasiya texnologiyaları sahəsində maariflındirmə ictimai birliyi, “Sağlam Həyata Doğru” ictimai birliyi, "Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək" ictimai birliyinin nümayəndələri iştirak ediblər.

“Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının kordinatoru Samir Həsənov çıxış edərək tədbirin keçirilməsinə şərait yaratdığı üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkürünü bildirib.

Koalisiyanın işçi qrupunun üzvü kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov qonaqlara mövcud ekoloji problemlər barəsində hazırladığı hesabatı təqdimat edib. Təqdimat bitdikdən sonra konfrans iştirakçıları mövzu ətrafında müzakirələr aparıblar.

Konfrans müzakirələrlə davam etdirilib.


Müəllif: Teleqraf.com