Bu gün Şəki və Qəbələ rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Şəki şəhəri "Cəfərabad" qaz paylayıcı stansiyasında (QPS) siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar aprelin 24-də saat 09:00-dan "Cəfərabad" QPS-dən, saat 10:00-dan isə Qəbələ rayonun 1 qəsəbə və 4 kəndini təchiz edən qaz xəttində qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Şəki şəhəri daxil olmaqla rayonun bir hissəsinin (30 kənd,1 qəsəbə, Qəbələ rayonunun isə Vəndam qəsəbəsinin, Nohurqışlaq, Tüntül, Yengicə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.